Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qaysaq tutmayan yara

0

  •         Hər il fevral ayı gələndə biz xocalıların qaysaq tutmayan yarasının qanı yenidən gurlaşır. Bu ay xocalılar üçün matəm ayıdır. Fevral ayı şəhid şəhərin əhalisi heç bir xeyir iş etmir. Bu gödək ay dediyimiz fevralda 613 insanın ömrü gödəldi. Yenə hamı qəmgindir, evlərdən ağu səsləri eşidilir. Övlad itirmiş analar, qardaş itirmiş bacılar, valideyinlərini itirmiş övladların göz yaşları yenidən yanaqlardan süzülərək üzlərdə açdığı çuxurlarla üzü aşağa süzülür. San ki,"su gələn arxa bir də gələr" məsəli Xocalı camaatı üçün deyilib. Bəli hər il fevral ayında su gələn gözlərə yenidən gəlir. Şəhid olmuş xocalıların məzarları da yoxdur ki, ziyarət edib qəlbimizi boşaldaq, az da olsa rahatlıq tapaq.         Xocalı şəhidləri Ağdamda dəfn olunmuşdu. Ağdam işğal olunduqdan sonra isə şəhidləri ziyarət etmək mümkün olmadı. Doğrudanda ağır dərtdir doğmaların şəhid ola, məzarları əsir düşə. Məzarlar olmadığı üçün hamı şəkillərə baxaraq doğmalarını ziyarət edir. San ki,hər şəhidin şəkli bir məzar daşıdır. Divarlardan asılan şəkillər evləri məzarlığa bənzədir. Öldü, qaldısından xəbər olmayan insanların doğmaları hələ də ümidlə yol gözləyirlər. Bu dərd ilə dünyasını dəyişənlər az deyil. Eh, nəysə... Qaysaq tutmayan yaramız qanadıqca qanayır...

    Şəhriyar Allahyaroğlu

    04.02.2019
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib45 dəfə
    Qaysaq tutmayan yara

    Maraqlı gələ bilər
    24
    33